Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çimərlikdə skuter sürmək qadağandır? - Açıqlama 

Son günlər vətəndaşlar dənizdə skuter sürmək istəyərkən aidiyyəti qurumların əməkdaşları tərəfindən əsassız maneələrlə rastlaşdıqlarını deyirlər.

Belə ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları, xüsusilə həftəsonları, skuter sürmək istəyən şəxslərə yaxınlaşaraq bunun qadağan olduğunu bildiriblər. Buzovna və Mərdəkanda yerləşən çimərliklərdə bu cür qadağalarla rastlaşan vətəndaşlar məsələnin hansı qanunla tənzimləndiyini soruşsalar da, cavab ala bilməyiblər.

Vətəndaş iddia edir ki, onun skuterdən istifadə etməsi üçün xüsusi icazə kitabçası tələb edilib.

Ümumiyyətlə, qayıq, skuter kimi su nəqliyyatı vasitələrinin insanların çimməsi üçün nəzərdə tutulmuş zolaqda idarə edilməsi nə qədər təhlükəsizdir - bu da bir ayrı məsələdir...

Onu da qeyd edim ki, ödənişli çimərliklərdə təşkil olunan skuter xidmətindən əldə olunan gəlir də az deyil. İlkin məlumatlara görə, bəzi çimərliklərdə skuterlə 10 dəqiqəlik gəzinti 20-40 manat arasında dəyişir.

Bəs çimərlik ərazisində qayıqların və ya skuter kimi texniki avadanlıqların istifadə qaydaları necə tənzimlənir? Vətəndaş skuter sürərək istirahət etmək istəyirsə, nə etməlidir? Təyinatına görə hansı skuterlərdən istifadəyə və hansı məsafəyə qədər gedişə icazə var? İcra mexanizminə nəzarət hansı qurumdadır – Fövqəladə Hallar Nazirliyində, yoxsa DSX-də? Ümumiyyətlə, DSX hansı hallarda və hansı qanuna əsaslanaraq bu məsələyə müdaxilə edə bilər?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, ən çox çimərlik mövsümündə rast gəldiyimiz su nəqliyyatı vasitəsi olan skuter (su motosikleti, hidrosikl) kiçikhəcmli gəmilərin bir növüdür. Skuterlərin insanların çimdikləri zonada istismarı qadağandır:

“Bildiyiniz kimi, kiçikhəcmli gəmilər, o cümlədən skuterlər, gömrük orqanlarından keçdikdən və ya satın alındıqları vaxtdan 10 (on) gün müddətinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində dövlət qeydiyyatına alınmalıdır. Qeydiyyata alınmış gəmilərə gəmi bileti və texniki talonlar təqdim olunur. Dövlət qeydiyyatına alınmayan kiçikhəcmli gəmilərin istismarı qadağandır.

Eyni zamanda, mühərrikli kiçikhəcmli gəmi sahibi nəqliyyat vasitəsini idarə etmək üçün mütləq şəkildə müvafiq sürücülük vəsiqəsi əldə etməlidir. Bunun üçün sürücülük kursunu bitirməsi haqqında arayış və digər zəruri sənədləri bizim xidmətin müvafiq şöbəsinə təqdim etməlidir.

Kiçikhəcmli gəmilər çimərlik ərazisində yalnız onlar üçün ayrılmış xüsusi zolaqlarda hərəkət etməlidir. Skuterlərin çimərlik ərazisində insanların istirahəti üçün nəzərdə tutulmuş sahədə istismarı qadağandır. Xidmətin nəzarət etdiyi çimərliklərdə skuterlərin, eyni zamanda xilasedici qayıqların hərəkəti üçün xüsusi zolaqlar ayrılıb və çimərlik ərazisində su nəqliyyatı vasitələrinin istifadəsinin qadağan olunduğunu bildirən məlumatverici nişanlar yerləşdirilib.

Çimərlik operatorları da bu məsələyə həssas yanaşmalı, çimərliklərdə digər təhlükəsizlik qaydaları kimi, kiçikhəcmli gəmilərin də təhlükəsiz hərəkəti üçün xüsusi zolaqlar ayırmalıdırlar. Bildiririk ki, xidmətin kiçikhəcmli gəmilərə nəzarət şöbələrinin əməkdaşları çimərlik mövsümü ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər və bu məsələ ilə bağlı monitorinqlər həyata keçirilir.

Həmçinin diqqətə çatdırmaq istərdim ki, bu kimi hallar inzibati məsuliyyət yaradır. Yəni çimərlik ərazisində kiçikhəcmli gəmilərin hərəkəti faktı aşkarlanarsa, həmin şəxsə İnzibati Xətalar Məcəlləsinin 311-ci (kiçikhəcmli gəmilərin istismar qaydalarının pozulması) maddəsinə əsasən, inzibati protokol tərtib olunur. Bu maddəyə əsasən, qayda pozmuş şəxslər yüz manat (100 AZN) məbləğində cərimə edilir və ya kiçikhəcmli gəmini idarə etmək hüququ altı aydan iki ilədək məhdudlaşdırılır.

Həmçinin, skuterlər idarə olunarkən mütləq şəkildə xilasedici canlıqdan istifadə edilməlidir. Yadda saxlamaq lazımdır ki, spirti içki qəbul edərək sərxoş halda su nəqliyyatı vasitələrini idarə etmək qadağandır”.

Dövlət Sərhəd Xidmətindən Oxu.Az-a bildirilib ki, kiçikhəcmli üzmə vasitələrinin dövlət qeydiyyatına alınması, onların idarə olunması və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində üzmə qaydaları Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi barədə 04.06.2010-cu il tarixli 105 nömrəli, “Azərbaycan Respublikasının Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məsələləri haqqında” 01.10.1993-cü il tarixli 527 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 16.10.1992-ci il tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən kiçikhəcmli gəmilərin təsnifatı haqqında” 23.04.2008-ci il tarixli 97 nömrəli, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın təsdiq edilməsi haqqında 08.09.2015-ci il tarixli 296 nömrəli qərarları ilə, eləcə də “Ticarət gəmiçiliyi Məcəlləsi” ilə təsbit edilib.

Poliqon.info 


Etiket: Çimərlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar